İranda casusluqda ittiham olunan bir neçə nəfər həbs olunub

İranda casusluqda ittiham olunan bir neçə nəfər həbs olunub

 

İranın Kirman əyalətində casusluqda ittiham olunan bir neçə nəfər həbs olunub.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Kirman əyalətinin prokuroru Əhməd Qurbani bildirib.

Ə. Qurbani həbs olunanların sayını və onların hansı ölkənin vətəndaşı olduğunu deməyib.

Casusluqda ittiham olunan şəxslər barədə məhkəmə tərəfindən qərar çıxarılıb.

Prokuror həmçinin terror qruplaşmasının üzvü olan bir neçə şəxsin də Kirmanda saxlanıldığını və onların barəsində də məhkəmə tərəfindən qərar çıxarıldığını vurğulayıb.

Mənbə: apa.az