Meksika İtaliyanı geridə qoydu: 4-cü yerdədir

Meksika İtaliyanı geridə qoydu: 4-cü yerdədir

Meksika koronavirusdan ölənlərin sayına görə İtaliyanı geridə qoyaraq dünya üzrə dördüncü yerə çıxıb.

Cebhe.info xəbər verir ki, ölkədə COVID-19-dan ölü sayı 35 minə çatıb. Ümumilikdə ölkədə koronavirusa 299 min nəfər yoluxub.

Beləliklə, ölkə koronavirusa yoluxmaya dair dünya üzrə 10-cu, ölü sayına görə isə dördüncüdür. Ölkədə 184 min nəfər virusdan sağalıb. Ölkənin Səhiyyə nazirinin müavini Uqo Lopes Qatel bildirib ki, ölkədə epodemioloji təhlükə qalmaqdadır. 15 regionda yoluxma həddən artıq yüksəkdir.

Ümumilikdə dünyada 13 minə yaxın insan virusa yoluxub. 568 541 nəfər vəfat edib, 7 milyon nəfər isə sağalıb.

Xəzər
Cebhe.info

Mənbə: cebhe.info