ABŞ-ın məşhur döyüş gəmisində PARTLAYIŞ

ABŞ-ın məşhur döyüş gəmisində PARTLAYIŞ

ABŞ-ın döyüş gəmisində yanğın baş verib. "USS Bonhomme Riçard" adlı gəmidəki yanğında indiyədək 1 nəfər xəsarət alıb.

Cebhe.info xəbər verir ki, Kaliforniya ştatına bağlı olan San-Dieqo şəhərində təmir işləri səbəbi ilə saxlanılan gəmidəki yanğının söndürülməsinə yanğın şöbəsinin əməkdaşları həm qurudan, həm də sudan müdaxilə edib.

Hadisə şahidləri bildirir ki, gəmidə partlayış səsləri eşidiblər, daha sonra yanğın başlayıb.

Qeyd edək ki, gəmi 2012-ci ildə "Döyüş gəmisi" və "Cəsarət aksiyası" adlı 2 filmin çəkilişində istifadə olunub.

Semra Ələkbərli
Cebhe.info

Mənbə: cebhe.info