İŞİD kamikadzeləri məhv edildi

İŞİD kamikadzeləri məhv edildi

İraqın paytaxtı Bağdadda İŞİD-ə qarşı əməliyyat keçirilib.

Axar.az xəbər verir ki, bu barədə İraq Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, əməliyyat çərçivəsində İŞİD-in kamikadze komandasının 5 üzvü məhv edilib.

Bundan başqa, əməliyyat zamanı təhlükəsizlik qüvvəsinin 2 əməkdaşı da həlak olub.

Mənbə: axar.az