Əfqanıstanda "Taliban"la qarşıdurma oldu

Əfqanıstanda "Taliban"la qarşıdurma oldu

 

Eastnews.org-un verdiyi xəbərə görə, Əfqanıstanın Bağlan vilayətində "Taliban" üzvləri ilə təhlükəsizlik qüvvələri arasında qarşıdurma olub.


Hadisə Çeşmi Şir bölgəsində baş verib.


Qarşıdurmada 4 əsgər həyatını itirib, 10 təhlükəsizlik əməkdaşı yaralanıb.


Toqquşmada "Taliban"ın da itki verdiyi bildirilib.

Mənbə: AA

Mənbə: eastnews.org