Modellik vədi ilə 305 uşağa təcavüz edən şəxs saxlanıldı

Modellik vədi ilə 305 uşağa təcavüz edən şəxs saxlanıldı

İndoneziyanın paytaxtı Cakartada 305 uşağı cinsi istismar edən 65 yaşlı Fransis Abello Kamille keçirilən əməliyyat nəticəsində saxlanılıb.

Primetime.az xəbər verir ki, komputer və mobil telefonunda yüzlərlə uşağa aid istismar videosu olan Kamillenin yaşları 10-17 arasında dəyişən uşaqların modellik vədi ilə aldatdığı ortaya çıxıb. Cakarta polisinin təşkil etdiyi mətbuat konfransına gətirilən Kamille ötən ay bir oteldə iki yetkinlik yaşına çatmayan qız ilə tutulduğu bildirilib.

Cinsi istismara qarşı çıxan uşaqlara işgəncə edən Kamilleyə ölüm cəzası veriləcəyi ehtimal edilir. Fransa vətəndaşı olan Fransisin 5 il boyunca İndoneziyaya turist vizası ilə giriş etdiyi qeyd edilib.

Bundan başqa onun uşaqlara intim əlaqə qarşılığında 17-70 dollar pul verdiyi ifadə olunub.

Mənbə: primetime.az