Azərbaycanda icra başçısının xanım müavini koronavirusa yoluxdu

Azərbaycanda icra başçısının xanım müavini koronavirusa yoluxdu

Qubada İH başçısının xanım müavini Səidə Abasova və ümumi şöbənin müdiri Neman Hüseynov koronavirusa yoluxublar.

İstiPress-in şimal bürosuna Səidə Abasova özü faktı təsdiqləyib. Bildirib ki, son testinin cavabı pozitiv çıxıb və o, Covid -19 xəstələri üçün ayrılan Quba rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Xanım müavin xəstəliyinin simptomsuz keçdiyini, hazırda vəziyyətinin normal olduğunu deyib. Onun sözlərinə görə, mart ayının 21-dən fasiləsiz çalışan tibbi personal bütün xəstələr kimi, ona da həssaslıqla yanaşır.

Quba İH-nin digər əməkdaşı Neman Hüseynov da xəstəxana şəraitində müalicə olunur.

Mənbə: istipress.com