İŞİD-in kamikadze qrupuna qarşı əməliyyat keçirildi

İŞİD-in kamikadze qrupuna qarşı əməliyyat keçirildi

Eastnews.org-un verdiyi xəbərə görə, İraq ordusu paytaxt Bağdadda İŞİD terror təşkilatının kamikadze qrupuna qarşı əməliyyat keçirib.

Bu barədə İraq Müdafiə Nazirliyinin Təhlükəsizlik Media Şəbəkəsindən açıqlama verilib.
Açıqlamada Bağdadın cənub-qərbindəki Maamra Zeydan kəndində əməliyyat nəticəsində 5 terrorçunun zərərsizləşdirildiyi bildirilib.
Əməliyyat zamanı ordu və Daxili İşlər Nazirliyinin tabeliyində olan 2 kəşfiyyatçının da həlak olduğu qeyd edilib.

Mənbə: Independent

Mənbə: eastnews.org