Füzulidə avtomobil aşıb, ölən var

Füzulidə avtomobil aşıb, ölən var

Füzulidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 11-də saat 17 radələrində Füzuli rayonunun Kərimbəyli kəndi ərazisində Zərgər kənd sakini Vaqif İmanov idarə etdiyi “Hyundai” markalı avtomobili aşırıb. Nəticədə xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb.

Füzuli RPŞ tərəfindən araşdırma aparılır.

Mənbə: apa.az