Polis daha bir qarədəriliyə zor tətbiq edərək HƏBS ETDİ — VİDEO

Polis daha bir qarədəriliyə zor tətbiq edərək HƏBS ETDİ  — VİDEO

ABŞ-da daha bir polis afroamerikalını həbs edərkən ona qarşı zorakılıq edib. Bu barədə “The Sun” məlumat yayıb.

“Ölkə.Az” xəbər verir ki, hadisə, 11 iyul şənbə günü axşam, Pensilvaniyanın Allentoun şəhərində baş verib. Şahidlər üç polis məmurunun yerdə uzanmış bir qaradəriliyə qarşı zorakılıq etdiyini kameranın yaddaşına köçürüblər. Polislərdən biri dizi ilə şübhəlinin boynundan basaraq onu boğub. Hadisənin şahidləri polisdən qaradəriliyə edilən zorakılığın dayandırmasını istəyiblər.

Polislər isə kişinin həbsi zamanı müqavimət göstərməsi, qışqırması və onlara tüpürməsini bildirərək, hərəkətlərinə haqq qazandırıblar.

Xatırladaq ki, mayın sonunda Minneapolisdə afroamerikalı Corc Floydun həbsi zamanı ona qarşı edilən zorakılığa görə böyük qalmaqal yaşanmışdı. Floydun ölümü ilə bağlı hazırda ölkədə qaradərilərə qarşı edilən zülmlərə qarşı etirazlar davam edir.

 

Ölkə.Az

 

Mənbə: olke.az