Qazax sakinindən 1 kq-dan çox narkotik götürülüb

Qazax sakinindən 1 kq-dan çox narkotik götürülüb

Qazaxda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri ilə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Qazax şəhər sakini, əvvəllər məhkum olunmuş N.Əhmədov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 9 qramdan artıq, yaşadığı evdən isə 1,1 kiloqram marixuana aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Mənbə: apa.az