Özbəkistanda yoluxma sayı 13 mini ötdü

Özbəkistanda yoluxma sayı 13 mini ötdü

Özbəkistanda son sutka ərzində daha 487 nəfər koronavirusa yoluxub. Azvision.az xəbər verir ki, bu barədə Özbəkistan Səhiyyə Nazirliyi məlumat yayıb.
Ölkədə virusa yoluxanların ümumi sayı 13 193 nəfərə çatıb. Onlardan 7852-si sağalıb, 61 nəfər həyatını itirib.
Şahanə Rəhimli
Azvision.az

Mənbə: azvision.az