Əfqanıstanda Taliban hücumu: Çox sayda ölən və yaralanan var

Əfqanıstanda Taliban hücumu: Çox sayda ölən və yaralanan var

Əfqanıstanda terror aktı törədilib.

Primetime.az xəbər verir ki, "Taliban" terror qruplaşma üzvləri Gündüz şəhərində polis mərkəzlərinə hücum edib. Gündüz valiliyi mətbuat katibi Əsmatullah Muradi verdiyi açıqlamada qruplaşma üzvlərinin şəhərin İmam Sahib və Çardərə vilayətlərindəki hərbi və polis mərkəzlərinə hücum etdiyini bildirib. Hücumlar nəticəsində 14 təhlükəsizlik əməkdaşı həyatını itirib, 2 nəfər yaralanıb.

"Taliban"dan verilən açıqlamada isə hücumlar zamanı 19 təhlükəsizlik əməkdaşının öldüyü iddia edilib.

 

Mənbə: primetime.az