Əfqanıstanda İŞİD, "Əl-Qaidə" və "Taliban" hücumu

Əfqanıstanda İŞİD, "Əl-Qaidə" və "Taliban" hücumu

Eastnews.org-un verdiyi xəbərə görə, Əfqanıstanın Badahşan vilayətinin Agençhava rayonunda İŞİD və "Əl-Qaidə" terror təşkilatları üzvləri radikal "Taliban" hərəkatının dəstəyilə polis bölməsinə silahlı hücum edib.


Bu barədə vilayət rəhbərliyindən açıqlama verilib.


Hadisə zamanı 7 polis həlak olub, 2 polis yaralanıb, 5 silahlı isə zərərsizləşdirilib.


Hücumun məsuliyyətini "Taliban" üzərinə götürüb.

Mənbə: eastnews.org