Kənddə yas mərasiminin keçirilməsinin qarşısı alındı

Cəlilabad Rayon Polis Şöbəsinə rayon sakini olan R.İmanovun rəhmətə getmiş qohumuna Təzəkənd kəndində il mərasimi təşkil etməsi barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Lent.az -a verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin ünvana gəlib və yas mərasiminin keçirilməsinin, insanların ora toplaşmasının qarşısı alınıb. Karantin rejiminin qaydaları və tələbləri bir daha onların diqqətinə çatdırılıb. Karantin qaydalarını pozan R. İmanov və həmin məclisdə iştirak edən daha bir nəfər şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Lent.az

ƏVVƏLKİ XƏBƏR

AQTA meyvə-tərəvəz məhsullarının istehsalı və ixracatı ilə məşğul olan sahibkarlar üçün onlayn iclas keçirib (FOTO)

SONRAKI XƏBƏR

Tramp prezident kimi 20 mindən çox yalan danışıb - MEDİA