Ağstafada 1 ədəd mərmi tapıldı - 122 mm-lik top mərmisi zərərsizləşdirildi

Ağstafada 1 ədəd mərmi tapıldı - 122 mm-lik top mərmisi zərərsizləşdirildi

Daxili İşıər Nazirliyinin 102 xidməti-zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Ağstafa rayonunda, Tatlı kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu tərəfindən əraziyə baxış keçirilib. Nəticədə 1 ədəd 122 mm-lik top mərmisi aşkar olunub və zərərsizləşdiriləsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Top mərmisinin ətrafındakı 200 kv m əraziyə yerüstü, 50 kv m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və ya qurğu aşkarlanmayıb.

atv.az

Mənbə: www.atv.az