Ata və oğul eyni gündə koronavirusdan öldü

Ata və oğul eyni gündə koronavirusdan öldü

Türkiyədə daha iki tibb işçisi koronavirus səbəbilə həyatını itirib.

Yenisabah.az xəbər verir ki, ölənlər Kahramanmaraşda müalicə alan 65 yaşlı həkim Əli Uçar və 48 yaşlı səhiyyə işçisi Camal Orçandır.

Qeyd edək ki, həkimin dəfn mərasimindən bir saat sonra 80 yaşlı atası da vəfat edib. Əli Uçara virusun atasından keçdiyi məlum olub. Lakin atasının ölüm səbəbi koronavirus olmayıb,çünki 80 yaşlı qocanın son COVID-19 testinin nəticəsi mənfi çıxıb.

Mənbə: yenisabah.az