"Roskosmos"un rəhbərinin müşavirinə qarşı ittiham irəli sürülüb

"Roskosmos"un rəhbərinin müşavirinə qarşı ittiham irəli sürülüb

İstintaq "Kommersant" və "Vedomosti" qəzetlərinin keçmiş müxbiri, "Roskosmos" rəhbərinin müşaviri İvan Safronova qarşı dövlətə xəyanətlə bağlı ittiham irəli sürüb.

İnterAz TASS-a istinadən xəbər verir ki, bu barədə onun vəkili İvan Pavlov məlumat verib.

Safronov iyulun 7-də FSB tərəfindən saxlanılıb.

Rusiya FSB Cinayət Məcəlləsinə əsasən ona qarşı cinayət işi açıb.

Moskvanın Lefortovo məhkəməsi onun sentyabrın 6-na qədər həbs edilməsinə qərar verib.

Mənbə: www.interaztv.com