Kəşfiyyat mərkəzinə amansız hücum - 43 nəfər...

Kəşfiyyat mərkəzinə amansız hücum - 43 nəfər...

Əfqanıstanda kəşfiyyat xidmətinin mərkəzi partladılıb.

Teleqraf.com xəbər verir ki, hadisə Əfqanıstanın şimalında yerləşən Samanqan bölgəsində baş verib.

Məlumata görə, avtomabilə yerləşdirilən bomba kəşfiyyat xidməti mərkəzi önündə partladılıb. Daha sonra silah səsləri eşidilməyə başlayıb.

Kəşfiyyat xidmətinin əməkdaşları ilə hücum edən şəxslər arasında atışma olub. Son məlumata görə, 3 uşaq və bir qadın olmaqla, 43 nəfər xəstəxanaya çatdırılıb.

Rəsmi qurumlar elan edib ki, hədəf kəşfiyyat mərkəzi olub.

Mənbə: teleqraf.com