Sərhəddən 418 min avro keçirmək istədilər – Əllərindən aldılar

Sərhəddən 418 min avro keçirmək istədilər – Əllərindən aldılar

Almaniyanın paytaxtı Berlindən İzmirə yola düşən Türk ailə Serbiyanın Horgos sərhəd qapısında gömrük yoxlaması zamanı saxlanılıb.

Yenisabah.az xəbər verir ki, bu proses digər səyahət edənlərə baha başa gəlib. Belə ki, Türk ailəyə üzərlərində 10 min avronun olub-olmadığı soruşulub. Avtomobili idarə edən Türk olmadığını diqqətə çatdırıb. Lakin nəqliyyat vasitəsindən şübhələnən gömrük işçiləri yoxlama aparıb. Bu zaman sürücünün yanında əyləşən qadın iki yastığı qoltuğuna alaraq aşağı enib. Gömrük işçiləri yastıqları da yoxlamağı qərara alıblar və bu zaman 200 min avro nağd pul, 200 min avro dəyərində isə qızıl aşkarlanıb. Sürücünün cüzdanından 15 min avro, digər qadın sərnişinin üzərindən isə 3 min 620 avro pul çıxıb. Ailənin 418 min 612 avronu niyə quru yolu ilə götürməyə çalışdığı bilinməzkən 18 yaşını keçən şəxslərə verilən 30 min avrodan geridə qalan pul müsadirə olunub.

 

Mənbə: yenisabah.az