İş icazələri ilə istirahətə gedənlər cərimələndi - FOTO

İş icazələri ilə istirahətə gedənlər cərimələndi - FOTO

Sərt karantin elan edilən rayonlardan Qaxa istirahətə gələnlər barəsində tədbir görülüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az -a verilən məlumata görə, Qax Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən reyd zamanı icazələri olmadan və yaxud iş üçün icazələri olsa da, rayona istirahət məqsədilə gələn şəxslər müəyyən edilib. Onların barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Bu istiqamətdə tədbirlər növbəti günlərdə də davam etdiriləcək.

Mənbə: lent.az