Argentinada infeksiyaya yoluxanların sayı 100 mini ötdü

Argentinada infeksiyaya yoluxanların sayı 100 mini ötdü

Argentinada COVID-19 infeksiyasına yoluxanların sayı artmaqda davam edir.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, son 24 saat ərzində 2 657 nəfərdə infeksiya aşkarlanıb.

Bununla da, yoluxanların sayı 100 166nəfərə çatıb.

Qeyd olunub ki, hazırda 735 nəfər intensiv müalicə alır, 1 845 xəstə vəfat edib.

Mənbə: www.iqtisadiyyat.az