ABŞ-da qırıcı təyyarə qəzaya uğrayıb

ABŞ-da qırıcı təyyarə qəzaya uğrayıb

Bakı. Trend:

ABŞ-da ölkənin hərbi hava qüvvələrinə məxsus F-16 Viper hərbi qırıcı təyyarəsi qəzaya uğrayıb.

Trend-in məlumatına görə, hadisə Nyu-Meksiko ştatındakı ABŞ-ın hava qüvvələrinin Hollomen bazasında baş verib.

Bildirilir ki, qırıcının pilotu təlim uçuşu edib və enmə zolağına yaxınlaşarkən idarəetməni itirib. O qəzadan dərhal qabaq katapulta edə bilib. Hadisənin səbəbləri araşdırılır.

Qeyd edilir ki, ABŞ-da may ayından indiyədək hərbi təyyarənin beşinci qəzasıdır.

İyulun 1-də ABŞ Hərbi Hava Qüvvələrinin Şou (Cənubi Karolina) adlanan bazasında təlim uçuşu edərkən digər F-16CM təyyarəsi qəzaya uğrayıb və pilotu ölüb.

Mənbə: az.trend.az