Məşhur idmançı koronavirusa yoluxdu

Məşhur idmançı koronavirusa yoluxdu

Məşhur basketbolçu Russell Uestbruk koronavirus infeksiyasına yoluxub.

Axşam.az xəbər verir ki, idmançı koronavirus testinin pozitiv çıxdığını və karantinə alındığını açıqlayıb.

"Twitter" profilində bunla bağlı məlumat paylaşan Russel "Hazırda özümü yaxşı hiss edirəm. Karantindəyəm. Sağalıb, oyunlara qayıtmağı səbirsizliklə gözləyirəm" deyə, yazıb.

Mənbə: axsam.az