Tələbələri professoru vəhşicəsinə öldürüb, meyitini turşuda əritdilər

Tələbələri professoru vəhşicəsinə öldürüb, meyitini turşuda əritdilər

Rusiyanın Varonej şəhərində Varonej Dövlət Universitetinin kimya fakultəsinin 57 yaşlı professorunun ölümündə əli olan 2 aspirant saxlanılıb.

Bizimyol.info lenta.ru-ya istinadən xəbər verir ki, 2020-ci il martın 5-də yoxa çıxan professor barəsində iş yoldaşları və bacısı polisə xəbərdarlıq edib.Lakin cinayətin üstünü açmaq 4 ay sonra mümkün olub.

Professorun bank hesabında 2 milyon rubl vəsait olduğunu bilən 33 yaşlı keçmiş aspirantı öz tanışının köməyi ilə professoru evində qətlə yetirib, sonra cəsədini parçalayıblar. Parçalanmış cəsəddən can qurtarmaq üçün onu balkonda qoyulmuş turşu ( kislota) və xlor konteynerlərinə yerləşdiriblər.Daha sonra mərhumun mobil telefonu vasitəsilə onun hesabındakı pulları ələ keçiriblər.İyulun 12-də saxlanılan cinayətkarlardan biri günahını etiraf edib və maliyyə çətinlikləri olduğuna görə buna əl atdığını bildirib.

İlhamə

Mənbə: www.bizimyol.info