Ukraynada qumar oyunlarına qanuni icazə verildi

Ukraynada qumar oyunlarına qanuni icazə verildi

Qanuna görə, 21 yaşına çatmamış şəxslərin Ukraynada qumar oyunlarında iştirakına icazə verilmir, onlara kazinolarda və digər qumar təşkilatlarında işə götürmək də qadağandır

Ali Rada Ukraynada qumar oyunlarının leqallaşdırılması haqqında qanun qəbul edib.

Fins.az "RBC"-ya istinadən xəbər verir ki,qnuna görə, 21 yaşına çatmamış şəxslərin Ukraynada qumar oyunlarında iştirakına icazə verilmir, onları kazinolarda və digər qumar təşkilatlarında işə götürmək də qadağandır.

İyulun 14-də Ukraynanın Ali Radası ikinci oxunuşda qəbul etdiyi və ümumiyyətlə ölkədə qumar oyunlarını qanuniləşdirən "Qumar oyunlarının təşkili və aparılmasının dövlət tənzimlənməsi haqqında" qanunun qəbulu barədə parlamentin saytında məlumat verilib.

Qanuna görə, Ukraynada qumar biznesinin yalnız bir neçə növünə icazə verilir, yəni:

kazinolarda və onlayn kazinolarda qumar oyunlarının təşkili;
İnternet vasitəsi ilə bahislərin qəbul edilməsi;
slot maşın salonlarının açılması;
onlayn poker oyunları keçirmək, idman poker turnirləri isə qumar oyunu hesab edilmir.

Mənbə: www.kommersant.az