Rusiya ÜST-ün nəticələrini alt-üst etdi: YENİ ARAŞDIRMA

Rusiya ÜST-ün nəticələrini alt-üst etdi: YENİ ARAŞDIRMA

COVİD-19-un yoluxuculuğu xəstəliyin ağırlıq dərəcəsindən asılı deyil.

Cebhe. info xəbər verir ki, bu, Rusiya paytaxtı Moskada aparılan genişmiqyaslı araşdırmalardan sonra məlum olub. Məlumatı merin müavini Anastasiya Rakova verib.

Onun sözlərinə görə, 335 min nəfərin xəstəlik tarixçəsi araşdırılıb. Onlar 107 min infksiyalı xəstə ilə təmasda olanlardır.

Nəticədə məlum olub ki, insanlar arasında yoluxma COVİD-19-a yoluxan şəxsin xəstəliyinin ağırlıq dərəcəsindən asılı deyil.

Beləliklə də, Rusiya tərəfi ÜST-ün yoluxmayla bağlı fikrilərini təsdiqləməyib. Halbuki ÜST COVİD-19-u simptomsuz keçirən şəxslərdən yoluxmanın qeyri-mümkünlüyü barədə fikirlər irəli sürüb. Görünən isə odur ki, Rusiya mütəxəssislərinin araşdırmaları ÜST-ün bu fikirlərini təsdiqləməyib.

Rusiya tərəfi bəyan edib ki, simptomsuz xəstələrdən yoluxma faizi COVİD-19-u ağır formada keçirənlərdən yoluxma faizindən bir neçə dəfə yüksəkdir. Araşdırma nəticəsində o da məlum olub ki, yaxın təmasda yoluxma xəstəliyin ağırılıq dərəcəsindən birbaşa asılı deyil: "Əgər insan xəstəliyi simptomsuz keçirirsə, onun yoluxdurduğu şəxslərin 75 faizi də virusu simptomsuz keçirir”.

Xəzər
Cebhe. info

Mənbə: cebhe.info