Evlərə sul doldu, icra başçısı əraziyə getdi - FOTO

Evlərə sul doldu, icra başçısı əraziyə getdi - FOTO

İntensiv yağışlar nəticəsində Şəmkir rayonunun Yuxarı Seyfəli, Aşağı Seyfəli, Abbaslı və Mehirli kəndlərində fərdi yaşayış evlərinin həyətyanı sahələri yağış suları ilə dolub.

Cebhe. info xəbər verir ki, bu barədə Şəmkir rayon İcra Hakimiyyətindən bildirlib.

Eyni zamanda, intensiv yağışlar nəticəsində “Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksində lillənmə baş verib və Şəmkir şəhərinin içməli su təminatında qısamüddətli problemlər yaranıb.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov əraziyə baş çəkib və problemin aradan qaldırılması üçün rayon Fövqaladə Hallar Komissiyasının üzvlərinə tapşırılar verib.

Yağışların törətdiyi fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, habelə Şəmkir Rayon İcra Hakimiyyətinin xüsusi texnikaları yağış sularının dolduğu ərazilərdə suçəkmə işlərinə cəlb olunub.

Hazırda suçəkmə işləri davam etdirilir və digər təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Xəzər
Cebhe. info

Mənbə: cebhe.info