Dördüncü mərtəbədə pəncərədən düşən körpə keçindi

Dördüncü mərtəbədə pəncərədən düşən körpə keçindi

 

Bakının Yasamal rayonunda 2 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.

İstiPress-in məlumatına görə, Yasamal rayonunun İ.İmanov küçəsində yerləşən 35/37 saylı hündürmərtəbəli binanın 4-cü mərtəbəsinin pəncərəsindən 2 yaşlı Murad Samir oğlu Muradov yerə yıxılıb və yerindəcə keçinib.

Bu barədə Yasamal rayon polis idarəsinin 27-ci bölməsindən rayon prokurorluğuna məlumat daxil olub. Hadisə yerində işləyən prokurorluq və polis əməkdaşları Murad Muradovun aldığı xəsarətdən yerindəcə ölməsini müəyyən ediblər.

Məlum olub ki, Murad Muradov yıxıldığı evə - Müşfiq Həmzəyevgilə valideynlərilə qonaq gəlibmiş. Azyaşlının meyiti K.Fərəcova adına Azərbaycan Elmi-Tədqiqat Pediatriya İnstitutuna aparılıb. Lazımi ekspertizalar təyin edilib.

Yasamal rayon prokurorluğunda araşdırmalar davam edir.

Mənbə: istipress.com