Əfqanıstanda məscidə hücum: Ölənlər var

Əfqanıstanda məscidə hücum: Ölənlər var

Əfqanınstanın şimalındakı Fəryab vilayətinin mərkəzi Maymana şəhərində bir məscidə hücum edilib.

Primetime.az xəbər verir ki, bu barədə Fəryab polis mərkəzi mətbuat katibi Kərim Yuriş məlumat verib. O, açıqlamasında Maymananın Bibi Ayna bölgəsindəki məscidə kimliyi məlum olmayan şəxslər tərəfindən silahlı hücum edildiyini, nəticədə 3 nəfərin öldüyünü, 3 nəfərin isə yaralandığını bildirib.
Yuriş sözügedən şəxslərin bölgədən qaçdığını qeyd edib. Faktla bağlı araşdırma aparılır.

Mənbə: primetime.az