Daha bir şəhidimiz dəfn edildi - VİDEO

Daha bir şəhidimiz dəfn edildi -  VİDEO

Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonu istiqamətini atəşə tutması zamanı şəhid olan gizir Zeynallı İlqar Ayaz oğlu dəfn edilib.

Axşam.az xəbər verir ki, mərhumun nəşi doğulub boya-başa çatdığıTovuzun Cəlilli kəndində torpağa tapşırılıb.

Dəfndə şəhidin yaxınları, rayon rəhbərliyi, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, Zeynallı İlqar Ayaz oğlu 1995-ci ildə anadan olub.

 

Mənbə: axsam.az