35 gün dənizdə qaldılar, koronavirusa yoluxdular

35 gün dənizdə qaldılar, koronavirusa yoluxdular

Argentinada 35 gün dənizdə qalan balıqçılar koronavirusa yoluxub.

Yenisabah.az xəbər verir ki, balıqçılar limandan ayrılmadan əvvəl koronavirus testi etdirib, lakin nəticələr neqativ olub. Lakin onlar geri qayıtdıqda 61 balıqçıdan 57-nin COVİD-19 testi pozitiv çıxıb.

Bildirək ki, 2 balıqçı xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, balıqçılar virusa sərnişinlər arasında olan və Honq-Konqda gəmidən düşən 80 yaşlı qocadan yoluxublar.

Mənbə: yenisabah.az