Generalla vida mərasimi -FOTOLAR

Generalla vida mərasimi -FOTOLAR

Bu gün səhər saatlarında Tovuz rayonu ərazisində şiddətli döyüşlər nəticəsində şəhid olan general-mayor Polad Həşimovun cənazəsi doğulduğu Qəbələnin Vəndam kəndinə gətirilib.

Şəhid generalla vida mərasimi keçirilib. Vida mərasimində rayon rəhbərliyi, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, Polad Həşimovun cənazəsi sabah Bakıya gətiriləcək və II Fəxri Xiyabanda dəfn olunacaq. (Axşam.az )

Mənbə: moderator.az