Məhv edilən erməni çavuşlar haqqında yeni məlumatlar

Məhv edilən erməni çavuşlar haqqında yeni məlumatlar

Xəbər verdiyimiz kimi, Azərbaycan-Ermənistan dövlət sərhədinin şimal-şərq hissəsində müddətli erməni hərbi qulluqçular, kiçik çavuş Smbat Gevorq Qabrielyan və kiçik çavuş Qrişa Vahan Matevosyan təxribata cəhd edərkən ölüblər. 20 yaşlı Qrişa Matevosyan Ermənistanın Sünik vilayətinin Sisian şəhərindən idi, bir neçə gündən sonra tərxis edilməli idi.
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Sisian hərbi komissarlığından bildiriblər.
“Qrişa bir neçə gündən sonra tərxis edilməli idi, bir qardaşı var, atası fərdi sahibkardır, anası da müəllimdir”, - deyə hərbi komissarlıqdan bildiriblər.
Tsambarak şəhərinin rəhbəri Vazgen Adamyan isə bildirib ki, ölən digər erməni hərbi qulluqçu Smbat Qabrielyan Ermənistanın Qeğarkunik vilayətinin Tsambarak şəhərindən idi, 6 aydan sonra tərxis edilməli idi.
“Artıq tərxis edilməli idi, 3 qardaş idilər, onlardan biri də illər əvvəl ölmüşdü, digəri hərbçidir, atası da hərbçidir, anası məktəbdə müəllim işləyir”, - deyə o qeyd edib.
Smbat Qabrielyanın bibisi oğlu Samvel Qulinyan bildirib ki, Smbat bir müddət öncə ailəsi ilə telefonda danışıb.
“Evə zəng edib, deyib ki, hər şey normaldır”, - deyə Qulinyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az