Bakıda jurnalistin evi soyuldu

Bakıda jurnalistin evi soyuldu

“Bizimxəbər.az” xəbər saytının baş redaktoru Ədil Hüseynlinin evi qarət olunub.

Bu barədə Axar.az-a jurnalistin özü məlumat verib.

Ə.Hüseynlinin sözlərinə görə, hadisə onlar rayonda olduqları vaxt baş verib:

“Bir neçə gündür rayonda idik. Bu gün qayıtmışıq. Evə girəndə iki televizorun aparıldığını gördük. Evə pəncərədən daxil olublar. Polisə müraciət etdik. Gəlib baxış keçirdilər, əl izləri götürdülər”.

Mənbə: axar.az