Mətbəxdə səs eşitdi, ayının hücumuna MƏRUZ QALDI

Mətbəxdə səs eşitdi, ayının hücumuna MƏRUZ QALDI

ABŞ-ın Kolorado əyalətində film səhnəsinə bənzər hadisə yaşanıb.

‘’Ölkə.Az’’ xəbər verir ki, dostunun evində ailəsi ilə birlikdə yaşayan Dave Chernosky gecə yarısı mətbəxdən səsin gəlməsi ilə birlikdə dəhşətli mənzərə ilə qarşılaşıb. Mətbəxdə boz ayı ilə qarşılaşan Dave ayının hücumuna məruz qalıb. Yaralanan kişi daha sonra hadisə barədə danışaraq ‘’Uşaqlarım evin birinci mərtəbəsində öz otaqlarında yatmışdılar. Ayının uşaqlarım olan otaöa getməsinin qarşısını almaq istədim. Səs-küy salaraq ayını qaraja doğru aparmaq istədim. Ayı səsdən qorxduğu üçün mənə hücum etdi’’ sözlərini deyib. Xəstəxanaya yerləşdirilən Davenin yanağına, qulağına, çənəsinə və boynuna tikişlər atılıb. Ayı isə xüsusi keyidici silahla vurularaq baytarlıq məntəqəsinə aparılıb.

Ölkə.Az

Mənbə: olke.az