Texasda sutkada koronavirusa yoluxanların sayı ən yüksək göstəriciyə çatıb

Texasda sutkada koronavirusa yoluxanların sayı ən yüksək göstəriciyə çatıb

ABŞ-ın Texas ştatında sutkada koronavirusa yoluxanların sayı ən yüksək göstəriciyə çatıb.

XeberOxu.Az-ın məlumatına görə, bu barədə dövlət səhiyyə və sosial təminat idarəsi öz saytında məlumat verib.

Bildirilib ki, 14 iyulda Texasda 10 745 yeni yoluxma halı təsdiqlənib. Ştatda əvvəlki rekord 11 iyulda qeydə alınıb, sutka ərzində 10 351 hal aşkar edilib.

Ümumilikdə ştatda 275 mindən çox koronavirusun yaratdığı xəstəlik hallarını qeydə alınıb. Ölənlərin sayı 3 322-yə çatdı.

Mənbə: www.xeberoxu.az