“Associated Press”: Azərbaycan-Ermənistan sərhədində mübarizə gərginləşir

“Associated Press”: Azərbaycan-Ermənistan sərhədində mübarizə gərginləşir

Amerikanın “Associated Press” nəşri Azərbaycan-Ermənistan sərhədində hökm sürən gərgin vəziyyətə toxunub və İrəvandakı müxbirinin məqaləsini təqdim edib. Məqalədə qeyd olunub ki, ağır artilleriya və PUA-ların tətbiqi ilə silahlı toqquşmalar nəticəsində iki tərəfdən ən azı 16 nəfər ölüb.

“Bazar günü iki Cənubi Qafqaz ölkəsi arasında qarşılıqlı atışma başlayıb. Azərbaycan bildirib ki, 11 hərbi qulluqçu və 1 mülki şəxs itirib, Ermənistan 4 hərbçinin ölümü barədə bildirib”, - deyə məqalədə bildirilir.

Qeyd olunub ki, son günlərdə baş verən toqquşmalar 2016-cı ilin Aprel döyüşlərindən sonra ən ciddi toqquşmalardır.

Həmçinin vurğulanıb ki, Azərbaycanla yaxın etnik və mədəni əlaqələrə sahib olan Türkiyə münaqişə məsələsində Bakıya dəstək bildirib.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az