Göyçayda sürücü sükan arxasında öldü

Göyçay rayonunda yolda hərəkətdə olan avtomobilin sürücüsü qəflətən ölüb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, bu gün axşam saatlarında rayonun Potu kənd sakini, 1958-ci il təvəllüdlü Hüseynov Rauf Allahverdi oğlu idarə etdiyi "VAZ 2106" markalı minik avtomobili ilə Göyçay-Ucar yolunda hərəkətdə olarkən qəflətən ürək tutması səbəbindən dünyasını dəyişib.

Avtomobil yoldan çıxaraq çökək əraziyə düşüb. Hadisə zamanı avtomobildə sərnişin olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

Norveçdə silahlı hücumlar edilib, ölən və yaralananlar var

SONRAKI XƏBƏR

Azərbaycan-Ermənistan sərhədində niyə vəziyyət gərginləşdi?