Moskva ətrafında üçmərtəbəli ayaqqabı anbarı yanıb

Moskva ətrafında üçmərtəbəli ayaqqabı anbarı yanıb

Moskva ətrafında Dolqoprudnıy şəhərinin Xlebnikovo mikrorayonunda üçmərtəbəli ayaqqabı anbarında yanğın baş verib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) regional baş idarəsinin mətbuat xidməti məlumat yayıb.

Yanğın Novaya küçəsi, 1A ünvanında yerləşən anbar bütünlüklə yanaraq 6,5 min kvadratmetr sahəni əhatə edib.

Bildirilib ki, binanın dam örtüyü tamamilə yanaraq uçub-tökülüb.

 

Mənbə: apa.az