ABŞ-da 17 il sonra ilk dəfə federal məhkum edam edildi

ABŞ-da 17 il sonra ilk dəfə federal məhkum edam edildi

ABŞ-da 17 il sonra 28 avqusta qədər fərqli günlərdə edam ediləcək 4 federal məhkumdan birinin cəzası bu gün verilib.

Primetime.az xəbər verir ki, Arkanzasda 1996-cı ildə aralarında 8 yaşlı uşağın da olduğu 3 nəfərlik ailəni qətlə yetirən 47 yaşlı Daniel Lyuis Li İndiana əyalətinin Terre Haute bölgəsindəki bir federal cəzaçəkmə müəssisəsində zəhərli iynə ilə edam edilib. Lyuis Linin son sözləri isə "Bunu mən etmədim. Həyatımda çox səhv etdim, amma bir qatil deyiləm. Siz günahsız bir insanı öldürürsünüz" olub.

Digər tərəfdən öldürülən ailənin yaxınları Linin edam edilməsini dəstəkləmədiklərini ifadə edərək, bunun əvəzinə məhkumun ömür boyu həbs cəzası alması lazım olduğunu bildirib.

Digər iki federal məhkumun ölüm cəzasının da bu həftə gerçəkləşəcəyi ifadə edilib.

Məlumat üçün bildirək ki, Daniel Lyuis Li ilə birlikdə ittiham olunan Çevi Kehoe 1995-ci ildə Lini ağdərili irqin üstünlüyünü müdafiə edən "Ari Xalqın Respublikası" (Aryan Peoples' Republic) adlı təşkilata daxil edib. İkili 1996-cı ildə silah taciri olan Uilyam Muller, həyat yoldaşı Nensi və 8 yaşlı qızları Sara Pouveli öldürdüləri üçün həbs olunub. 1999-cu ildə çıxarıldıqları məhkəmədə prokurorlar sözügedən şəxslərin Mullerin evindəki silahlarla 50 min dollar pulu oğurladıqlarını bildirib.

Mənbə: primetime.az