Ermənilər məscidə "bomba qoydular" - Yerevanda

Ermənilər məscidə "bomba qoydular" - Yerevanda

 


Bu gün, səhər saat 09: 35-də Ermənistan Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Milli Mərkəzinə Yerevanın Maştots prospektində yerləşən Göy Məsciddə partlayıcı qurğunun quraşdırıldığı barədə zəng daxil olub.

BiG.AZ-ın panorama.am-a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, xilasedicilər və kinoloqlar hadisə yerinə yollanıb.

Natəvan Baxşiyeva

 

Mənbə: big.az