Azərbaycanda koronavirusa neçə jurnalist yoluxub və ölüb? – STATİSTİKA

Azərbaycanda koronavirusa neçə jurnalist yoluxub və ölüb? – STATİSTİKA

Koronavirus infeksiyası bir neçə aydır ki, bütün dünya ölkələri üzərində öz təsir gücünü qorumağa davam edir.

Virusa yoluxanlar və həyatını itirənlər arasında müxtəlif peşə sahiblərinin (idmançı, aktyor, müğənni, siyasətçi, biznesmen və.s) nümayəndələri, o cümlədən jurnalistlər də var.

Maraqlıdır, ölkəmizdə indiyədək neçə jurnalistə COVID-19 diaqnozu qoyulub və neçə nəfəri bu infeksiyadan həyatını itirib?

Bu barədə Cebhe.info-ya açıqlamasında Jurnalist Həmkarlar İttifaqının sədri Müşviq Ələsgərli bildirib ki, indiyədək 35 jurnalist koronavirusa yoluxub:

"Son rəqəmlərə görə, indiyədək jurnalistlər arasında 35 yoluxma hadisəsi qeydə alınıb. Onlardan 3 nəfəri vəfat edib. 21 nəfər isə müalicəsini başa vuraraq evə buraxılıb. Həyatını itirən jurnalistlər foto-jurnalist Fərman Bağırov, AzTV-nin Kinoproqramlar və dublyaj redaksiyasının baş redaktoru Etibar Babayev və AzTV-nin rejissoru Samir Nəcəfzadədir".

Naibə
Cebhe.info

Mənbə: cebhe.info