Altı yaşlı uşaq bacısını itdən qorumaq üçün özünü təhlükəyə atdı - FOTO

Altı yaşlı uşaq bacısını itdən qorumaq üçün özünü təhlükəyə atdı - FOTO

“Qərara gəldim ki, kimsə ölməlidirsə, bu, mən olmalıyam”.

7news-un məlumatına görə, bu, kiçik bacısını itdən qorumaq üçün özünü qabağa verən altı yaşlı Bricerin sözləridir.

Dəhşətli hadisə ABŞ-ın Vayominq ştatında baş verib. Balaca Bricer Uolkerin hekayəsini onun xalası “Instagram” hesabında paylaşıb.

Qadının sözlərinə görə, başından və üzündən dişlənməsinə baxmayaraq, uşaq bacısını cəsarətlə müdafiə edə bilib və sonra onu təhlükəsiz yerə aparıb.

Hadisədən sonra Bricer əməliyyat olunub. Ümumilikdə, onun üzünə və başına 90 tikiş qoyulub.

Mənbə: paralel.az