İranda gəmiqayırma zavodunda güclü yanğın olub - VİDEO

İranda gəmiqayırma zavodunda güclü yanğın olub - VİDEO


İranın Buşəhr şəhərində gəmiqayırma zavodunda güclü yanğın baş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, Təngək bölgəsində yerləşən zavodda meydana gələn güclü yanğını söndürmək üçün əraziyə Buşəhr və digər bölgələrdən yanğınsöndürənlər cəlb olunub.

Zavoda ciddi ziyan dəysə də hadisə zamanı xəsarət alanların olmadığı bildirilir.

 

Mənbə: lent.az