17 il sonra İLK EDAM

17 il sonra İLK EDAM

ABŞ-da 17 il sonra ilk dəfə edam cəzası bu gün icra olunacaq.

Cebhe.info bildirir ki, 2003-də ləğv olunan edam cəzası Donald Trampın keçən il verdiyi qərara görə 17 il sonra bu gün yenidən həyata keçiriləcək. Əslində ötən həftənin şənbə günü üçün nəzərdə tutulan edamın bu günə qədər təxirə salınmasının səbəbi var.

Belə ki, məhkumun qətlə yetirdiyi şəxslərin yaxınları edamı izləmək istədiklərini, lakin virus səbəbi ilə iştirak edə bilməyəcəklərini bildirib tarixin başqa vaxta salınmasını tələb ediblər. Lakin ABŞ höküməti edam anını izləməyin şərt olduğunu göstərən qaydanın olmadığını səbəb gətirərək tələbi rədd edib.

Qeyd edək ki, 47 yaşlı qatil Li 1996-cı ildə bir ailədən 3 nəfəri ağır işgəncələrlə qətlə yetirib, daha sonra cəsədləri gölə atmışdı. Trampın edam cəzası ilə bağlı qərarından sonra qatilin zəhərli iynə ilə öldürüləcəi bildirilib. Qərardan sonra qatilin öldürdüyü şəxsin yaxını Trampa müraciət edərək qatilin həyatını bağışlamağı xahiş edib. Qızı və kürəkənini itirən Erlene Peterson keçənilki edam qərarının yenidən təsdiqlənməsindən sonra Trampa müraciət edib: "Onun üçün birinin öldürüləcəyini qızım bilsə, çox utanardı".

Li iyul və avqust ayında edam ediləcək dörd nəfərdən biridir. Məhbusların çoxu uşaqlara qarşı törətdikləri cinayət səbəbi ilə həbs olunanlardır.

Semra Ələkbərli
Cebhe.info

Mənbə: cebhe.info