1 aydan çoxdur dənizdə olan balıqçılarda Kovid-19 aşkarlandı

1 aydan çoxdur dənizdə olan balıqçılarda Kovid-19 aşkarlandı

Argentinada 35 gündür dənizdə olan və getmədən öncə 14 gün karantində qalan balıqçılarda yeni tip koronavirus aşkar edilib.

Primetime.az xəbər verir ki, ölkənin şimalındakı Tierra del Fuego əyalətinə bağlı Uşuaia şəhərinə qayıdan balıqçılar arasında Kovid-19 test nəticəsi pozitiv çıxanların sayı 64-ə çatıb. Verilən məlumata görə, sözügedən şəxslər bu müddət ərzində heç bir limana getməyib.
Virusa yoluxan heyət üzvlərindən yüngül simptomlara malik olanlar elə qayıqda karantin altına alınıb, 3 nəfər isə xəstəxanaya yerləşdirilib. Tierra de Fuego Səhiyyə nazirliyi balıqçıların virusa nə zaman yoluxduğunu müəyyən etmək üçün test ediləcəyini bildirib.

Qeyd edək ki, Argentinada Kovid-19 nəticəsində 1903 nəfər ölüb, 103.265 nəfər virusa yoluxub.

Mənbə: primetime.az