Leysan və qasırğa: Dəniz köpüyü bu şəhəri "qar" kimi "bürüdü" - VİDEO

Leysan və qasırğa: Dəniz köpüyü bu şəhəri "qar" kimi "bürüdü" - VİDEO

Cənubi Afrikanın ikinci şəhəri olan Keyptaunda leysan yağışları və qasırğa əhalini qorxuya salıb.


BiG.AZ-ın euronews-a istinadən verdiyi xəbərə görə, bəzi əraziləri su basıb.

Sürəti saatda 100 km-ə çatan güclü külək gün ərzində dayanmadan əsib. Fırtına on metr hündürlüyündə dalğaları sahilə çırpıldıqda isə, dəniz köpüyü yeri "qar" kimi örtüb.



Külək yaşayış məntəqələrindəki bir neçə ağacı və damları aşırdıb. Bölgədə havalar kəskin soyuyub, bəzi yerlərdə temperatur 13 dərəcəyədək enib.



Proqnozlara əsasən, Keyptaunda soyuq havalar davam edəcək, köpük əvəzinə isə əsl qar yağacaq.

 

Mənbə: big.az