Professoru öldürüb, meyitini "kislota"da əritdi — Rusiyada dəhşətli qətl

Professoru öldürüb, meyitini "kislota"da əritdi  — Rusiyada dəhşətli qətl

Rusiyada aspirant professoru öldürüb, meyitini isə kimyəvi məhlulda əritməyə çalışıb.

“Ölkə.Az” xəbər verir ki, Voronejdə aspirant dostu ilə professorun evini qarət etmək qərarına gəliblər. Onlar evə daxil olaraq professorun üzünü kimyəvi məhlulda isladılmış əl dəsmalı ilə tutublar. 57 yaşlı professor huşunu itirərək yerə yıxılıb. Ev sahibinin huşsuz vəziyyətindən istifadə edən qarətçilər onun evini soyublar. Soyğunçular qurbanlarının vəziyyətini yoxlamaq qərarına gəldikdə, professorun öldüyü məlum olub. Cinayətin izini itirmək istəyən aspirant onun meyitini parçalayaraq qalıqlarını hidroklor turşusu və xlor olan qablarda gizlədib.

Ölkə.Az

Mənbə: olke.az