9 yaşlı qıza türk dilində danışdığı üçün cəza verildi

Almaniyada bir orta məktəbdə 9 yaşlı qız uşağı yoldaşları ilə türk dilində danışdığı üçün müəllimi tərəfindən cəzalandırılıb.

Sözügedən müəllim azyaşlı qızdan türk dilində danışmasının cəzası olaraq "Nə üçün Alman dilində danışırıq?" başlıqlı yazı yazmasını tələb edib.

Moderator.az xəbər verir ki, Almaniyanın Baden-Vürttemberq əyalətində baş verən hadisədən sonra azyaşlı qızın ailəsi müəllimdən şikayətçi olub.

Ailənin vəkili etdiyi açıqlamada uşağın ailəsinin bu cür bir cəzanı əsla qəbul etmədiyini və müəllimin tələbinindən imtina etməsini istədiklərini söyləyib.

Kamran

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

"İlk olaraq Xocalı hava limanı bombardman edilməli, Dağlıq Qarabağa gələn bütün yollar dağıdılmalı və..."

SONRAKI XƏBƏR

Dövlət başçısı: “Ermənistanda bəzi kəndlər, bəzi şəhərlər boşaldılır”